Dövlət Gömrük Komitəsində 6 ayın yekunlarına dair əməliyyat müşavirəsi keçirilib - FOTO

Dövlət Gömrük Komitəsində cari ilin 6 ayının yekunlarına dair əməliyyat müşavirəsi keçirilib. Avtosfer.az xəbər verir ki, müşavirədə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, aidiyyəti strukturların rəhbərləri iştirak edib.
Komitə sədri Səfər Mehdiyev çıxış edərək cari ilin müvafiq dövrü ərzində görülən işlər barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmizin iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı, tranzit və ixrac imkanlarının daha da artırılması məqsədilə irimiqyaslı layihələr həyata keçirilir. Komitə sədri vurğulayıb ki, regionda formalaşan yeni reallıqlar və çağırışlar fonunda qarşıya qoyulan hədəflərin uğurla icra olunmasında gömrük orqanlarının üzərinə də mühüm vəzifələr düşür. Belə ki, gömrük əməliyyatlarının və sərhədkeçmə proseslərinin asan və sürəli şəkildə həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarnın daha da sadələşdirilməsi, vaxta və vəsaitə qənaət edilməsi, bir sözlə gömrük işinin səmərəli şəkildə təşkili ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin, ixrac və tranzit potensialının artırılmasında mühüm rol oynayır.
Komitə sədri cari ilin 6 ayı ərzində gömrük orqanlarının fiskal sahədə qarşıya qoyulan məqsədlərin icrasında, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb, qarşıdakı aylarda da bu istiqamətdə fəaliyyətin daha effektiv təşkili üçün konkret tapşırıq və tövsiyyələrini bildirib. Səfər Mehdiyev mövsümlə əlaqadar, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracında artım müşahidə olunduğunu diqqətə çatdırıb və ixrac əməliyyatlarının sürətləndirilməsi, sərhədkeçmə proseslərinin təkmilləşdirilməsi, gömrük-keçid məntəqələrində yarana biləcək sıxlıqların aradan qaldırılması məqsədilə yük nəqliyyat vasitələrinin keçidinin elektron növbə prinsipi ilə təşkili istiqamətində müvafiq strukturlara tapşırıqlar verib.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir


















