Dövlət Komissiyası: Ermənistan hərbçilərinin meyitlərini və mülki şəxslərini təhvil almır

“Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına, eyni zamanda Cenevrə Konvensiyasının tələblərinə öz sadiqliyini ifadə edərək Ermənistan və Azərbaycan Respublikasının humanitar atəşkəs elan olunması haqqında Moskva bəyannaməsindən sonra öz humanist mövqeyini bir daha vurğulayıb”.
Bunu Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası oktyabrın 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin başçısı ilə keçirilmiş görüşdə Azərbaycan tərəfinin humanist addım kimi Ermənistana aid 30 nəfər hərbçinin meyitinin, eyni zamanda Ermənistan hərbçilərinin işğal edilmiş ərazilərdən geri çəkildiyi zaman köməksiz halda buraxıb getdiyi 2 mülki şəxsin qarşı tərəfə verilməsi ilə bağlı birtərəfli qaydada təklif vermişdir: “Bundan sonra Dövlət Komissiyasının digər səlahiyyətli nümayəndələri tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə keçirilmiş görüşlərdə bununla bağlı bir neçə dəfə təklif verilməsinə baxmayaraq, qarşı tərəfdən müsbət cavab verilməyib. Bunu beynəlxalq hüquq normalarına hörmətsizlik əlaməti olmaqla, eyni zamanda Ermənistan tərəfinin öz vətəndaşlarına qarşı qeyri-humanist mövqeyini sərgiləmək kimi qiymətləndiririk”.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












