Azərbaycanda döyülərək qarət olunan şəxsi iki saat sonra MAŞIN VURUB ÖLDÜRDÜ

Hacıqabul polisi 5 ay əvvəl törədilən cinayətin üstünü açıb. 28 yanvar 2020-ci il tarixində gecə saat 1.00 radələrində Bakı-Qazax magistralının Qarasu kəndindən keçən hissəsində Ağdam rayon sakini, 1982-ci il təvəllüdlü Kərimov Adil Şəmil oğlu ayaqyolunda döyülərək üzərində olan 10 min ABŞ dolları götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, A.Kərimov Bakı istiqamətində hərəkətdə olan taksidən düşərək ayaqyoluna gedib. Bu zaman taksidə A.Kərimovla birgə Bakıya gedən digər sərnişin də onun ardınca ayaqyoluna gedib. Həmin sərnişin A.Kərimovu vurub və üzərində olan 10 min ABŞ dollarının götürərək taksiyə qayıdıb. Daha sonra taksi Bakı istiqamətində hərəkətinə davam edib.
Hadisədən 2 saat sonra Hacıqabul rayonunun Muğan kəndi ərazisində A.Kərimovu Qaradağ sakini, 1987-ci il təvəllüdlü Güləliyev Orxan Vəzir oğlunun idarə etdiyi yük avtomobili vuraraq öldürüb. Mərhum A.Kərimovun qardaşı polisə onun üzərində olan pulunun oğurlanması barədə şikayət edib.
Bir müddət əvvəl Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs əvvəllər məhkum olunan Göygöl rayonunda məskunlaşan Kəlbəcər sakini, 1993-cü il təvəllüdlü Yusibov Elməddin Abariz oğlu saxlanılıb.
Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. (APA)
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












