DTX-nin əməkdaşları TEXNOLOGİYA VƏ KİBERTƏHLÜKƏSİZLİK sərgisində

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nümayəndə heyəti martın 4-7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində beynəlxalq səviyyəli “LEAP2024” və “DeepFest” texnologiya və kibertəhlükəsizlik sərgisində iştirak ediblər.
Bu barədə DTX-nin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, texnologiya nəhənglərinin iştirak etdiyi, dünyanın müxtəlif ölkələrindən çoxlu sayda iştirakçının qatıldığı bu tədbirdə müvafiq sahə üzrə ekspert və mütəxəssislər tərəfindən müasir çağırışlar, süni zəka əsaslı yeni nəsil kibertəhlükəsizlik həlləri, sənaye nəzarət sistemlərində kiberinsidentlərin idarə olunmasına dair məsələlər, 2030-cu ilədək qlobal texnologiya hədəfləri ilə bağlı ətraflı fikir mübadiləsi və geniş müzakirələr aparılıb.
Tədbirdə Azərbaycanın aidiyyəti dövlət qurumlarının və ölkədə fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri ilə yanaşı, DTX-nin nümayəndə heyəti də iştirak edib.
Tədbir çərçivəsində DTX-nin nümayəndə heyəti ilə “CİSCO” şirkətinin rəhbər vəzifəli şəxsləri arasında görüş keçirilmişdir. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə texnoloji sahənin davamlı inkişafı üçün mühüm işlərin görüldüyündən danışan DTX-nin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəisi Davud Rüstəmov ölkədə rəqəmsallaşma prosesinin sürətlə aparıldığını, texnoparkların yaradıldığını, işğaldan azad edilmiş Qarabağ ərazisində “Ağıllı kənd” və s. bu kimi innovativ layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Eyni zamanda, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi, sözügedən sahə üzrə milli qanunvericilik bazasının təkmilləşdirilməsi, kibertəhdid xarakterli məlumatların mübadiləsi üzrə platformanın inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verilmiş, Azərbaycanın mövqeyinin qlobal kibertəhlükəsizlik indeksində xeyli irəlilədiyi xüsusi vurğulanaraq, Azərbaycanda həyata keçirdiyi önəmli layihələrə görə “CİSCO” şirkətinə təşəkkür bildirilıb.
Keçirilən görüşdə “CİSCO” şirkətinin nümayəndələri təmsil etdikləri şirkətin Azərbaycanda indiyədək reallaşdırdığı innovativ layihələri bundan sonra da davam etdirəcəyini və bu xüsusda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini qeyd ediblər.
Sonda görüşün əhəmiyyətinə və nəticələrinə toxunularaq, ilkin mərhələdə “CİSCO” şirkəti tərəfindən Azərbaycanda rəqəmsal akselerasiya, həmçinin kibertəhlükəsizlik sahəsində yeni təhsil proqramlarının genişləndirilməsi və qabaqcıl təcrübələrin transferinə dair yeni əməkdaşlıq imkanlarının razılaşdırıldığı vurğulanıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












