DTX Suriyada döyüşmüş azərbaycanlını Ukraynada tutdu - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici ölkələrin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. Avtosfer.az-ın xəbərinə görə, DTX-nın saytında yer alan məlumatda bildirilib ki, DTX-nin Ukrayna xüsusi xidmət orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etdiyinə görə barəsində DTX-də aparılan cinayət işi üzrə axtarış elan edilmiş Azərbaycan Respublikasının vətəndaşı 1979-cu il təvəllüdlü Mirismayıllı Mirəhəd Tofiq oğlu Ukrayna ərazisində müəyyən edilərək saxlanılıb və ölkəmizə gətirilib.
Mirəhəd Mirismayıllı Suriyada Hacıyev Aqil Tağı oğlunun başçılıq etdiyi “Cundu Şam” adlı cinayətkar birliyin fəaliyyətində iştirak etmək üçün 20 iyun 2013-cü il tarixdə adıçəkilən ölkəyə gedərək orada aparılan silahlı münaqişələrdə digər Azərbaycan Respublikası vətəndaşları ilə birgə iştirak etməkdə şübhəli bilinir.
Həmçinin müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının bir qismi həmin bölgələrdə davam edən silahlı münaqişələr zamanı öldürülüb.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Mirəhəd Mirismayıllıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, istintaqa verdiyi ifadə zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmanlıq hissi keçirdiyini bildirib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO












