Dünyada ürək xəstəliyindən ölənlər - Azərbaycan ilk “10-luq”da... - SİYAHI

Azərbaycan hazırda dünyada ürək xəstəliyindən ölən insanların sayına görə ilk “10-luq”da yer alır.
Bu barədə məlumatı beynəlxalq təşkilatların statistikası əsasında Türkiyədə yaşayan azərbaycanlı jurnalist İbrahim Nəbioğlu ictimailəşdirib.
Dünya üzrə ürək xəstəliyindən hər 100 000 nəfərə arasında ölən insanların sayına görə ilk “10-luq” aşağıdakı kimi sıralanıb:
1. Özbəkistan: 945.97 nəfər
2. Solomon adaları: 817.66 nəfər
3. Tacikistan: 689.88 nəfər
4. Azərbaycan: 688.08 nəfər
5. Nauru: 637.73 nəfər
6. Ukrayna: 591.01 nəfər
7. Əfqanıstan: 583.21 nəfər
8. Mongolustan: 570.02 nəfər
9. Şumali Makedoniya: 568.70 nəfər
10. Vanuatu: 567.98 nəfər
“Acınacaqlı da olsa reallıq belədir.
Bu dəhşətli tablo səhiyyənin səviyyəsindən çox əhalinin yaşayış tərzi, xüsusilə də mentallığı və qidalanma alışqanlığı ilə bağlıdır, məncə. Təbii ki, havanın kirliliyi, suyun keyfiyyəti, ətalətli həyat tərzi kimi onlarla başqa səbəb də var.
Zənnimcə, əhali arasında planlanmış, dövlət tərəfindən dəstəklənən təbliğat-təşviqat işləri aparılmalıdır.
Sürətlə xüsusi bir Dövlət Proqramının hazırlanmasına start verilməlidir...”, - deyə jurnalist həyəcan təbili çalıb. (Modern.az)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












