Dünyanın 90-dan çox şirkətinə müraciət: Erməni vəhşiliyi...

Müdafiə Sənayesi Nazirliyi (MSN) əməkdaşlıq etdiyi Türkiyə, Pakistan, İsrail, İordaniya, Koreya, İran, Gürcüstan, Qazaxıstan, Serbiya, Polşa, Bolqarıstan, Çexiya, Ukrayna, Rusiya, ABŞ, Özbəkistan, Avstriya, İsveçrə, Səudiyyə Ərəbistan, Ruanda, Hindistan, İngiltərə, İtaliya, Latviya, Cənubi Afrika Respublikası, İspaniya, Çin və bir sıra başqa ölkələrin 90-dan çox şirkətinə müraciət ünvanlayıb, Ermənistanın son təxribatları haqqında geniş məlumatları onların diqqətinə çatdırıb.
MSN-dən Avtosfer.az-a verilən məlumata görə, müraciətdə qeyd edilib ki, sentyabrın 27-dən bu günədək erməni işğalçıları Azərbaycanın mülki əhalisinə qarşı terror hücumları təşkil edib. Ermənistan ordusunun Tərtər, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə şəhərlərini və bir sıra kənd və qəsəbələri müxtəlif silah növlərindən istifadə edərək atəşə tutmaları nəticəsində 42 mülki şəxs həlak olub, 206 nəfər yaralanıb, 241 mülki obyekt və 1479 yaşayış evi, 66 çoxmərtəbəli yaşayış binası yararsız hala düşüb.
Həmçinin qeyd olunub ki, Ermənistanın hücumlarının qarşısı şanlı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmaqdadır və hərb meydanında düşmənə yetərli cavab verilir. Döyüşlər zamanı qəhrəman əsgər və zabitlərimizin cavab tədbirləri nəticəsində düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur edilib.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












