Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

London-Sinqapur marşrutu üzrə uçuş həyata keçirən "Qantas Airlines" aviaşirkətinə məxsus hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycanın beynəlxalq hava limanlarının İctimaiyyətlə Əlaqələr xidməti məlumat yayıb.
Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub.
"Airbus A380" tipli təyyarə saat 07:55-də Bakı vaxtı ilə uğurla eniş edib. Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda sərnişinin səhhəti ilə bağlı zəruri tibbi qiymətləndirmə və müşahidə prosesi davam etdirilir.
Qeyd edək ki, "Airbus A380" - qlobal hava nəqliyyatında ən iri sərnişin təyyarəsi hesab olunur. İki göyərtəli və dörd mühərrikli bu hava gəmisi yüzlərlə sərnişin daşımaq imkanına malikdir və yalnız xüsusi texniki standartlara cavab verən beynəlxalq hava limanlarında eniş edə bilir.
Heydər Əliyev Beynəlxalq Aeroportu, A380 tipli hava gəmilərinə xidmət göstərə bilən müasir yerüstü avadanlıq, geniş uçuş-enmə zolaqları və yüksək səviyyəli xidmət infrastrukturu ilə təmin olunmuşdur. Bu baxımdan, Bakı hava limanı regionda bu tip hava gəmilərini qəbul etməyə tam texniki və əməliyyat hazırlığı olan azsaylı hava limanlarından biridir.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












