Düşmənin Tərtərə atdığı "Smerç" raketi "Azərxalça"ya ziyan vurub - FOTO

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və ətraf kəndləri “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşinə tutub. Bu barədə Avtosfer.az "Report"-a istinadən xəbər verir.
Düşmən tərəfindən atılan “Smerç” raketlərindən biri şəhərin mərkəzinə düşüb. Güclü partlayış dalğası zamanı "Azərxalça" ASC-nin Tərtər şəhər ərazisində yerləşən filialının inzibati binasına külli miqdarda ziyan dəyib.
Xoşbəxtlikdən həmin vaxt binada "Azərxalça"nın işçiləri olmayıb. Yalnız filialın nəzarətçisi Rövşən Kərimli olub. O, "Report"un əməkdaşı ilə söhbət edən zaman bildirib ki, ötən gecə saat 8 radələrində düşmən tərəfindən atılan raket zamanı binanın qapı və pəncərələrinə, kompüter sisteminə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhəri və ətraf kəndlərə ümumilikdə 147 top mərmisi və 4 “Smerç” raketi atıb.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ


















