Düşmənlə üz-üzə duran vətəndaşlar Prezidentdən kömək istəyir - FOTO

Qazax rayon Qaymaqlı kənd sakinləri internetlə bağlı şikayətlərini redaksiyamıza bildiriblər. Avtosfer.az">Avtosfer.az-a məlumat verən sakinlər bildirir ki, internet xəttinin olmaması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət ediblər. Nəticədə "Aztelekom"dan cavab olaraq bildirilib ki, ərazidə telekommunikasiya xidmətlərinin yüksək səviyyədə göstərilməsi üçün müasir növ texniki avadanlığın quraşdırılması işləri gələcək mərhələlərdə nəzərdə tutulmuşdur.
Onlayn dərslər zamanı internetin olmamasına görə məktəblilər bundan əziyyət çəkir. Yeni tədris ilində də onlayn dərslər keçirilərsə, məktəblilər üçün çətin olacaq.
Kənd sakinlərindən biri Aztelekoma zəng edərək internet şöbəsinin əməkdaşı Bakir Bayramova şikayətini bildirib. Əməkdaş isə ona "mobil telefonunuz varsa ondan istifadə edin"- deyərək məsələni bu cür həll edib. Həmin kəntdə mobil şəbəkə ilə bağlı ciddi problemlər olduğu üçün sakinlər "Aztelekom"un internet provayderindən istifadə etməyə üstünlük verirlər.
Bu məsələdən Qazax rayon icra başçısı Rəcəb Babaşov da xəbərdardır. Təəssüf ki, tədbirlərin görülməsi ilə bağlı o da bir addım atmır.
Kənd sakinləri internet xəttinin artırılması ilə bağlı ölkə başçısı cənab prezident İlham Əliyevdən kömək istəyirlər. Onlar son ümid yeri olaraq ölkə başçısından xahiş edirlər.
Ümid edirik ki, yeni tədris ili başlayana kimi Qaymaqlı kəndində internet problemi aradan qaldırılar.
Fərid
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ













