Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2 minə çatıb - YENİLƏNİB

Əfqanıstanda baş vermiş zəlzələ və afterşokların qurbanlarının sayı 2 minə çatıb.
Bu barədə Associated Press Taliban nümayəndəsinə istinadən xəbər verir.
***
Əfqanıstanın mindən çox sakini şənbə günü ölkənin qərbində baş verən dağıdıcı zəlzələnin qurbanı olub.
Bu barədə Agence France-Presse-ə radikal Taliban hərəkatının hökumətinin rəsmi nümayəndəsinin müavini Bilal Kərimi bildirib.
"Təəssüf ki, qurbanların sayı çox böyükdür. 1 mindən çox insan həlak olub" – o deyib.
***
Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 500 nəfəri keçib.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
***
Əfqanıstanın qərbində 6,3 maqnitudalı iki zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsindı ölən və yaralananların sayı min nəfəri keçib.
APA-nın məlumatına görə, şənbə günü Əfqanıstanın Herat əyalətində güclü zəlzələ baş verib. Tələfat və dağıntılara səbəb olan yeraltı təkanlar Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi tərəfindən qeydə alınıb.
Zəlzələnin episentri Herat şəhərindən 40 km şimal-qərbdə yerləşib və ondan sonra bir neçə yeraltı təkanlar baş verib.
Son məlumatlara görə, təbii fəlakət azı 120 nəfərin həyatına son qoyub, minə yaxın yerli sakin isə xəsarət alıb. Qurbanlar arasında çoxlu sayda qadın, qoca və uşaqlar da var.
(apa)
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












