Egey üzərində qırıcı insidenti: Türkiyə Yunanıstanı ittiham etdi

Egey dənizi üzərində hava məkanında fövqəladə vəziyyət yaranıb.Bu barədə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib.Türkiyə tərəfinin bildirdiyinə görə, NATO-nun Egey dənizindəki missiyası çərçivəsində fəaliyyət göstərən iki türk “F-16” təyyarəsi iki yunan “F-16” qırıcısı tərəfindən təqib edilib.Yunanıstanın “F-16” döyüş təyyarələri Türkiyə təyyarələrini radar altına salaraq təqib etməyə başlayıb. Türk təyyarələri qarşılıq olaraq eyni addımı atıb və radarla yunan təyyarələrini izləməyə başlayıb. Yunanıstanın gərginliyi artırmaq üçün israrla NATO missiyalarını hədəf almağa davam etdiyi qeyd edilir. Bu hadisənin də Yunanıstan tərəfindən qəsdən və planlanmış olduğu vurğulanır.Milli Müdafiə Nazirliyindəki mənbələr qeyd ediblər ki, Yunanıstanın bu davranışı NATO müttəfiqliyi ruhu ilə qətiyyən uyğun gəlmir. Eyni zamanda uçuş vəziyyətini əhəmiyyətli dərəcədə təhlükə altına alır.
Hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO
Ramiz Mehdiyevə yeni ittiham elan olunub
FHN əhaliyə XƏBƏRDARLIQ EDİB
Sürücülərin NƏZƏRİNƏ: Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq
Prezident Qırğızıstana gedəcək - Media nümayəndələri yola düşdü
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO










