Əhali çiplənəcək - DİQQƏT

Rusiya hökuməti vətəndaşlarını çipləmək barədə yeni bir proqram hazırlayır.
Bu barədə “Kommersant” xəbər verir.
Bildirilir ki, yeni proqrama əsasən insanların beyninə xarici cihazlardan məlumatların birbaşa ötürülməsi üçün mikro kompyuterlərin yerləşdirilməsi təklif olunur.
Nəşrə görə, sənəd Rusiya Elmlər Akademiyası tərəfindən Moskva Dövlət Universiteti ilə birlikdə düşünülüb və hazırlanıb, eyni zamanda mart ayında Rusiya prezidenti Vladimir Putin tərəfindən də təsdiqlənib. Putin Baş nazir Mixail Mişustin və Prezident Administrasiyasının başçısı Anton Vaynoya bu işi görməyi tapşırıb.
Yeni “Beyin, Sağlamlıq, İntellekt, İnnovasiya” federal proqramı üçün 2029-cu ilə qədər 54 milyard rubl (1 255 900 000 manat) lazımdır. Layihə, xüsusən də beyin siqnallarını istifadə edərək xarici cihazları idarə etməyə imkan verən bir sıra aparat sistemləri - neyro interfeys texnologiyalarının inkişafını əhatə edir.
Sənəd müəllifləri, bu texnologiyalar üçün elmi bazanın yaradılması və qabaqcıl prototiplərin kütləvi şəkildə istehsal olunmasının vacibliyini qeyd edirlər. Beləliklə, mürəkkəb sistemlərin həm birbaşa, həm də uzaqdan idarə olunması üçün “insan-texnologiya” interfeyslərinin uzaqdan mövcudluq prinsipi, avatar əsasında yaradılması planlaşdırılır.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












