Əhmədin törətdiyi qətllə bağlı ƏN YENİ XƏBƏR: “Bacısının əri Moskvadan gəlmir, çünki...” - VİDEO

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovla bağlı yenilik var.
TV Müsavatın hüquq-mühafizə orqanlarındakı mənbədən aldığı məlumata görə, Ə.Əhmədov hələ ki, 1 saylı Bakı İstintaq Təcridxanasındadır. Onun ruhi dispanserə köçürülməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Əhməd Əhmədovun həkim heyətinin qarşısına çıxarılması və ondan sonra barəsində ekspert rəyi verilməsi gözləniləndir.
Bundan başqa, təcridxanada olan Ə.Əhmədov xəstəliyinin müalicəsi üçün lazım olan dərmanları da məcburi qaydada qəbul edir.
Xatırladaq ki, Əhməd Əhmədov törətdiyi qətl hadisəsinə qədər bu dərmanları qəbul etməyərək, müalicədən tam şəkildə imtina etmişdi. Son 3 ayda Ə.Əhmədov həkimin təyin etdiyi bütün müalicəni yerinə yetirməyib və düşdüyü psixoloji vəziyyətin səbəbi də məhz budur.
Bu arada, istintaq üçün açar fiqur sayılan şəxs isə Ə.Əhmədovun bacısının Moskvada yaşayan əridir. Hələ ki, sözügedən şəxs istintaqa gəlməyib və ifadə verməyib. Əldə etdiyimiz məlumata görə, Əhməd Əhmədovun rəhmətə gedən bacısı və əri boşanıblar. Bacısının Moskvadan qızı ilə birlikdə Bakıya köçməsinin səbəbi də bu boşanma olub. Əslində isə Ə.Əhmədovu tətikləyən hadisə ailəyə məxsus evlərdən birinin boşanan bacısına verilməsi olub. Əhməd Əhmədov valideynlərinə daha öncə dəfələrlə bildirib ki, ailəyə, dolayısı ilə ona məxsus olan mənzili bacısına vermələri doğru deyil. Son aylar Əhmədlə valideynləri arasında yaşanan mübahisənin kökündə məhz o mənzil dayanıb. Ailəsini itirən yeznə isə nə Bakıya gəlib, nə də istintaqa ifadə verib.
TV Müsavat eyni zamanda hüquq-mühafizə orqanlarındakı mənbəyə ailəyə məxsus mülklərlə bağlı sual da verib.
Ə.Əhmədovun varisinin kim olması, eyni zamanda ortadakı çoxsaylı mülklər, evlər, maşınlar, obyektlər, nəğd və bank hesablarındakı pulların kimə çatacağı da müzakirə mövzusudur. Qaynağın deməsinə görə, bu məsələ mübahisəlidir. Hazırda qohumlar arasında müəyyən çəkişmə və mübahisə getməkdədir. Əhmədovların birinci dərəcədən varisi müəyyənləşəndən sonra bu barədə müvafiq qərarlar veriləcək.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










