Ekskavatorun köməyi ilə oğlunun həbsinin qarşısını almağa çalışdı - VİDEO

ABŞ-da oğlunun həbsinin qarşısını ekskavatorun köməyi ilə almağa çalışan şəxs videoya düşüb.
Avtosfer.az bildirir ki, hadisənin təfərrüatları barədə True Crime Daily məlumat yayıb.
Vermont Ştat Polisi tərəfindən lentə alınan və Law&Crime-in YouTube kanalına yerləşdirilən kadrlarda məmurların şübhəli şəxsin əlinə qandal vurması göstərilir. Bu zaman atası Ueyn Tollmanın idarə etdiyi ekskavator polis maşınının yanında dayanır.
Kişi polisləri oğlunun yanından uzaqlaşdırmağa çalışaraq ekskavatoru onlara tərəf sürdü. Hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri Tollmana silah ona tuşlayandan sonra cinayətkarın atası onları təhdid etməyi dayandırıb.
True Crime Daily-nin Vermont Ştat Polis Departamentinə istinadən verdiyi məlumata görə, hadisə iyunun 14-də axşam saatlarında oğurluqda şübhəli bilinən bir nəfərin tutulması zamanı baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şübhəlinin evinə gələndə sonuncunun valideynləri Ueyn və Emi Tollman onların övladlarının saxlanmasına hər cür müdaxilə etməyə başlayıblar. Daha sonra onun 52 yaşlı atası torpaq daşıyan maşının kabinəsinə minərək onu hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı istifadə edib.
Nəticədə Ueyn Tollman oğlu ilə birlikdə həbs edilib. O, polis əməkdaşlarına hücum etmək, həbsə mane olmaq və ehtiyatsız davranışda ittiham olunur. Emi Tollman azadlıqda qaldı, lakin hüquq-mühafizə orqanlarının əməkdaşlarının işinə mane olduğu üçün töhmət aldı.
Milli.Az
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO










