Elçin Əmirbəyov: Ermənistan öz ərazisindən Gəncənin mülki əhalisini atəşə tutmaqla bəşəriyyətə qarşı cinayət törətdi

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində Türkiyə və Azərbaycan tərəfindən Yaxın Şərqdən muzdluların, cihadçıların cəlb edilməsi ilə bağlı iddiaları bir daha rədd edərək, bu şayiələri yalan, heç bir əsası olmayan və dünya ictimai fikrini qəsdən yanıldan adlandırıb.
Ermənistanın PKK-dan və Kürd Vətən İttifaqından minlərlə terrorçunu, həmçinin bir sıra Avropa ölkələrinin, ABŞ-ın və Yaxın Şərqin vətəndaşı olan erməni əsilli muzdlu və silahlıları cəlb etdiyini bildirən E.Əmirbəyov Azərbaycana qarşı yenidən ikili standartların tətbiq edildiyini vurğulayıb və onların günahı başqasının boynuna atmaq cəhdinin göz qabağında olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanı ittiham edən tərəflərdən heç biri yuxarıda göstərilən iftiraları təsdiqləyən ən azı bəzi dəlillər təqdim etmədilər, necə ki, açıq-aydın yalanlara görə üzr istəmək üçün özlərində cəsarət tapmadılar.
Atəşkəs perspektivlərinə gəldikdə, E.Əmirbəyov qeyd edib ki, Bakı xoş niyyətini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə tərəfdarlığını nümayiş edərək, Rusiya paytaxtındakı görüşdə iştirak etdi və Moskva bəyanatına qatıldı. Ermənistan isə danışıqlar masasına qayıtmaq və hərbi təcavüzünü dayandırmaq istəyinin, niyyətinin olmadığını bir daha nümayiş etdirdi. Üstəlik, öz ərazisindən Gəncə şəhərinin mülki əhalisini gecə xaincəsinə atəşə tutmaqla Ermənistan bəşəriyyətə qarşı cinayət və Azərbaycan xalqına qarşı da növbəti soyqırımı aktını törətdi. Mülki əhaliyə qarşı “Elbrus” (SKAD) qanadlı raketinin istifadəsi 1949-cu il dördüncü Cenevrə Konvensiyasına görə, hərbi cinayətdir və bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərindədir.
Birinci vitse-prezidentin köməkçisi vurğulayıb ki, bu yolla Paşinyan beynəlxalq müharibə cinayətləri tribunalında Ermənistan rəhbərlərinin “gözləmə siyahısına” əlavə olundu. Gec-tez o da sələfləri kimi ədalət qarşısına çıxacaq və çirkin cinayətlərinə görə cavab verəcək.
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO










