Ələt-Astara magistralındakı çürümüş ağaclar təhlükə yaradır - VİDEO

Ələt-Astara magistralının Cəlilabaddan keçən hissəsində, yol kənarındakı çürümüş ağaclar kəsilmədiyi üçün təhlükə yaradır. Aşan agaclar hərəkəti məhdudlaşdırır. Avtosfer.az-ın məlumatına görə, burada yolun bir neçə km-lik hissəsi ağaclarla əhatə olunub. Artıq bir əsrə yaxın yaşı olan qoca palıd ağaclar arasında budaqları cürümüş və ya tamamilə qurumuş olanları xeyli saydadır. Küləkli havalarda kökündən qırılan belə ağaclar tez-tez yolun hərkət hissəsinə düşür. Nəticədə qəza riski yaranmaqla yanaşı, yolda saatlarla avtomobil tıxacı yaranır.
Qırılma-aşma riski olan ağacların ərazidən kəsilərək uzaqlaşdırılmaması sürücülər qədər yerli sakinləri də narahat edir.Yola düşən ağaclar isə ətrafdakı sakinlər və yol polisi əməkdaşları tərəfindən qaldırlır.
Məsələ ilə bağlı Cəlilabad Meşə Bərpası və Mühafizəsi İdarəsindən bildirildi ki, yol kənarındakı qurumuş ağacların ərazidən kənarlaşdırılması yol istismar idarəsinin səlahiyyətlərindədir.
46 saylı Cəlilabad Yol İstismarı İdarəsindən isə bildirildi ki, onların belə bir səlahiyyətləri yoxdur. İki qurum arasındakı fikir ayrılığı bir müddətdir yaranan bu problemin həllini yubadır.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











