Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması üçün müvafiq işlərə start verilib

Ələt Azad İqtisadi Zonasının təqdimatı keçirilib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) məlumatına əsasən, onlayn formatda keçirilən görüşdə konfederasiyanın prezidenti Məmməd Musayev, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin səlahiyyətli şəxsləri, ASK-nın xarici ölkələrdəki nümayəndələri və 100-dək sahibkar iştirak edib.
“Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb ticarət marşrutlarının mərkəzində, eləcə də böyük bazarlara ən yaxın məsafədə yerləşməsi Azad Ticarət Zonasının iqtisadi səmərəliliyini artırmaqla, onun Mərkəzi Asiya, İran, Rusiya, Türkiyə, Yaxın Şərq bazarlarına xidmət etməsinə imkan verəcək”, - deyə konfederasiyanın prezidenti bildirib.
Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov hazırda görülən işlər barədə sahibkarlara məlumat verib. V.Ələsgərov iqtisadi zonanın qanunvericiliyi, şərtləri, qaydaları, orada yaradılan şərait haqqında danışıb. O bildirib ki, Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması üçün müvafiq işlərə artıq başlanılıb və investorlarla görüşlərə start verilib:
“Ələt Azad İqtisadi Zonası regionda ən yaxşı şərait və şərtlər əsasında işləyəcək və idarə olunacaq. İşləmək istəyən hər bir sahibkara vaxt ayırmağa, daha geniş məlumat verməyə hazırıq”.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO












