Əli silahlı erməni "din" adamları - Erməni kilsəsi qan və terror istəyir - FOTO

Qarabağ müharibəsində erməni əsgərlərinin ölümündə səbəbkar birinci şəxs Ermənistan Baş Naziri Nikol Paşinyandırsa, ikinci şəxs bütün ermənilərin katolikosu II Qaregindir.
II Qaregin bu günlərdə əhaliyə müraciəti onu göstərir ki, o, insanarı sülhə deyil, müharibəyə səsləyir. Adətən dinlər sülhə, barışığa çağırır, erməni kilsəsi isə daim qan və terrorun arxasında dayanıb və bu gün də o rolu oynayır.

Trend-in məlumatına görə, bütün ermənilərin katolikosu xalqa müaricət edərək bildirib ki, əli silah tutan hər kəs cəbəhəyə gedib döyüşməlidir. Artıq sosial şəbəkələrdə də erməni "din" adamların əlində silah cəbhəyə yollandıqlarını əks etdirən görüntülər də yayılır.

Adətən bütün dinlərin əsasında sülh dayanır və adətən din xadimləri toqquşmaların qarşısının alınmasında rol oynayırlar. Erməni katolikos isə bunun əksini edir, hətta “humanitar atəşkəs”in başlanmasından bir neçə saat öncə erməniləri müharibəyə qoşulmağa, azərbaycanlıları öldürməyə çağırır.

Qeyd edək ki, erməni kilsəsinin savaşa çağırışı ilk deyil. Bu kimi çağırışlar müxtəlif vaxtlarda baş verib. Hətta Sovet dövründə SSR Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi erməni kilsələrinin birində xeyli sayda silah sursat aşkarlamışdı.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












