Əlverişsiz piyada KEÇİDLƏRİ – Onların yenilənməsi nəzərdə tutulurmu?

Demək olar ki, hər gün səhərimizi yol-nəqliyyat hadisələri ilə açırıq. Xeyli sayda insan yol qəzalarının qurbanı olur. Yol-nəqliyyat hadisələrinin baş verməsində ən önəmli səbəblərdən biri də piyada zolaqlarının və yerüstü keçidlərin vaxtında yenilənməməsidir.
Müşahidələr göstərir ki, baş verən qəzaların çoxu əlverişsiz inşa edilən piyada keçidlərinin yaxınlığında baş verir. Çünki yerüstü keçidlərin bəzilərinin lifti, eskalatoru yoxdur və ya olanlar da işlək vəiyyətdə deyil. Hündür pilləkənləri olan yerüstü keçidlərdən istifadədə xüsusilə yaşlı, əlilliyi, səhhətində problemi olan insanlar, eləcə də azyaşlı uşaqlar əziyyət çəkir. Onları yolun təhkükəli, qadağan olunmuş hissəsindən keçməyə təhrik edir.
Nümunə olaraq “Azadlıq prospekti” metrosunun yaxınlığında yerləşən, eskalatoru işlək vəziyyətdə olmayan keçidi, eləcə də “Ukrayna” dairəsindəki lifti uzun müddətdir işləməyən piyada keçidini misal göstərə bilərik. Həmçinin Xocasən ərazisində yerləşən yerüstü keçidin də rahat olmamasından tez-tez şikayətlər gəlir.
Maraqlıdır, əlverişsiz inşa edilən piyada keçidlərinin yenilənməsi gözlənilirmi?
Azərbaycan Avtomobil Yolları Dövləət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, hazırda planda köhnə keçidlərin yeniləri ilə əvəz olunması nəzərdə tutulmayıb:
“Son illər AAYDA tərəfindən inşa edilən piyada keçidlərində bu məsələlər diqqətdə saxlanılır. Yəni keçidlər standartlarda necədirsə, elə inşa olunur və mütləq şəkildə liftlər quraşdırılır. Əslində yerüstü keçidlərə qoyulan liftlər yaşlı insanlar, əlillər üçün nəzərdə tutulub, lakin təəssüf ki, gənclər də pilləkən yerinə, liftdən istifadə edirlər, onu sıradan çıxarırlar. Ona görə də, lifti olan keçidlərin yanına nəzarətçi qoyulur”.
A.Nəcəfli bildirib ki, keçidlərdə pilləkən yerinə eskalatorların quraşdırılması da problemdir:
“Çüki eskalatorlar işlək mexanizmdir, onun pilləkən hissəsinin hündürlüyü çoxdur. Eskalator xarab olduqda, onunla çıxıb-düşmək daha çətin olur. Pilləkən isə mütləq olmalıdır. Agentlik olaraq, çalışırıq ki, inşa etdiyimiz keçidlərdə lift mütləq olsun.
Lakin infrastruktur imkan verirsə, orada lift olmadan, xüsusi mailliyi olan pandus hissələr quraşdırılır. Lakin qeyd etdiyiniz əlverişsiz inşa edilən keçidlər çoxdan tikilib. Hazırda onların yeniləri ilə əvəz olunması, əlavə tikinti aparılması planda yoxdur”.
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO










