Əmək pensiyasına əlavə müəyyyənləşdirilməsi qaydası dəyişir

Publik hüquqi şəxslərlə bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir.
Avtosfer.az-ın məlumatına görə, dəyişikliyə əsasən, dövlət orqanının əsasında Azərbaycan Respublikasının Prezidenti və ya Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması nəticəsində dövlət qulluğuna xitam verilən, həmin tarixdə əmək pensiyası yaş həddinə çatmasına və dövlət qulluqçusu kimi pensiya hüququnun əldə edilməsi üçün tələb edilən minimum 15 il qulluq stajının toplanmasına ən çoxu 2 il qalan, yəni ən azı 13 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması təklif olunur.
Başqa sözlə, dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə 15 il qulluq stajını toplamasına və əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranacaq.
Qanun layihəsi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanına uyğun olaraq, dövlət orqanının əsasında publik hüquqi şəxsin yaradılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” qanunla dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına az qalan dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair təkliflərin hazırlanması barədə tapşırığın icrasını təmin etmək məqsədilə hazırlanıb.
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakının küçələri yeni tədris ilinə hazırdır?
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır










