Ən qədim döyüş gəmisi vuruldu

Ukrayna hərbçiləri aprelin 21-də Sevastopolda Rusiyanın “Kommuna” gəmisinə zərbələr endirib. Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk məlumat yayıb.
“Bu gün Krımda Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın Qara Dəniz Donanmasından “Kommuna” gəmisini sıradan çıxarıb. Dəymiş ziyan yoxlanılır. Ancaq gəmi indi öz vəzifələrini yerinə yetirmək iqtidarında deyil. Onların gəmiləri tükənəcək”, - deyə Pletençuk əlavə edib.
“Kommuna” Rusiya donanmasının ən qədim gəmisidir. Birinci Dünya Müharibəsi zamanı - 1913-cü ildə suya salınıb və 1915-ci ildə gəmi Baltik Donanmasının bir hissəsi oldu.
Həmin gəmi hazırda Rusiyanın Qara dəniz donanmasının bir hissəsi idi və Sevastopolda yerləşirdi. “Kommuna” sualtı qayıqların axtarışı və xilas edilməsi üçün nəzərdə tutulub, həm də sualtı nəqliyyat vasitələrinin daşıyıcısı kimi xidmət edir. Bu, Qara dənizdə belə vəzifələri yerinə yetirə bilən yeganə gəmidir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












