"Əqli Mülkiyyət Hüquqları: Biliklərin Təkmilləşdirilməsi və Təcrübələrin Paylaşılması" mövzusunda vebinar keçirilib - FOTO

Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Əqli Mülkiyyət Hüquqları: Biliklərin Təkmilləşdirilməsi və Təcrübələrin Paylaşılması" mövzusunda vebinar keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, Regional Ofisin təşkilatçılığı ilə baş tutan vebinarda Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), Ümumdünya Gömrük Təşkilatı (ÜGT) və "Schmitt & Orlov İntellectual Property" beynəlxalq şirkəti, eləcə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi də daxil olmaqla, Ümumdünya Gömrük Təşkilatının Avropa Regionunda təmsil olunan 20 ölkənin gömrük administrasiyalarının 100-dən artıq nümayəndəsi iştirak edib. Tədbirin əsas məqsədi müasir dünyada əqli mülkiyyət hüquqlarının artan əhəmiyyətini vurğulamaq, əqli mülkiyyətin obyektləri, onlara verilən hüquqların qorunması, bu istiqamətdə beynəlxalq əməkdaşlıq, eləcə də əldə olunan son nailiyyətləri nəzərdən keçirmək olub. Tədbirdə giriş sözü ilə çıxış edən Ümumdünya Gömrük Təşkilatının Nəzarət və Asanlaşdırma üzrə direktoru Pranab Kumar Das əqli mülkiyyət hüquq sahiblərinin hüquqlarının təminatının və mənafelərinin qorunmasının, eləcə də bu sahədə regional strateji tərəfdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edib. ÜGT Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Eser Çengel Regional Ofisin ÜGT-nin Avropa region üzv dövlətlərin maraqlarını diqqətə alaraq, əqli mülkiyyət hüquqlarının həyata keçirilməsinin və müdafiəsinin önəmini özündə ehtiva edən tədbirin bu sahədə səmərəliliyin artırılmasına töhfə verəcəyini bildirib. Sonra Ümumdünya Əqli Mülkiyyət Təşkilatının "Əqli mülkiyyət sahəsinin gömrük orqanları üçün əhəmiyyəti", Ümumdünya Gömrük Təşkilatının "COVID-19 pandemiyası dövründə əqli mülkiyyət hüquqlarının pozulmasına qarşı mübarizədə ÜGT-nin perspektivləri", "Schmitt & Orlov İntellectual Property" beynəlxalq şirkətinin "Saxta məhsulların müəyyənləşdirilməsi və fərqləndirilməsinin üsulları" və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərbaycanda əqli mülkiyyət hüquqlarının tətbiq edilməsi" mövzularında təqdimatları nümayiş etdirilib. Sonda mövzu ilə bağlı iştirakçıların sualları ətraflı cavablandırılıb.
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
















