Ərdoğan: “Güclü Türkiyə üçün çalışmağa davam edəcəyik”

“Güclü Türkiyə üçün çalışmağa davam edəcəyik”.
Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 ili münasibətilə verilən rəsmi ziyafətin iştirakçılarına videomüraciəti zamanı deyib.
Türkiyə Prezidenti ölkəsində və dünyanın dörd bir yanında yaşayan vətəndaşları Cümhuriyyət bayramı münasibətilə təbrik edib: “Bizimlə bu sevinci paylaşan dostlarımıza təşəkkür edirik. 1000 ildir vətən torpaqlarını qanla sulayan şəhidlərimizi, Cümhuriyyətimizin banisi Mustafa Kamal Atatürkü hörmətlə anıram. Köklü tariximindən aldığımız ilhamla Cümhuriyyətimizi daha da inkişaf etdirmək ən önəmli vəzifəmizdir”.
R.T.Ərdoğan vurğulayıb ki, bu baxımdan son 20 ildə ölkəmizi müasir mədəniyyətin ən üst səviyyəsinə çıxarmaq üçün bütün sahələrdə islahatlar həyata keçirilib: “Dövlət və millət arasındakı divarı qaldırdıq. Bundan sonra ölkəmizin geosiyasi baxımdan daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Ölkəmizin düşmənlərinin bütün səylərinə baxmayaraq, biz güclü Türkiyə üçün çalışmağa davam edəcəyik”. (report)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












