Ərdoğan Zəngəzur dəhlizindən danışdı

“Biz artıq Cənubi Qafqazda əmin-amanlıq və sülh görmək istəyirik”.
Avtosfer.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan geri qayıdan zaman təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bölgədə davamlı sülh hər kəs üçün faydalı olacaq: “Azərbaycan və Ermənistan arasında sülhün artıq üfüqdə görünməsindən şadıq. Bu prosesi yaxından izləyirik və lazımi dəstəyi də veririk. Əldə olunacaq sülh Azərbaycanla Ermənistan, eləcə də ölkəmiz üçün dəyərli olacaq. Biz də Ermənistanla diqqətli bir normallaşma prosesi yaşayırıq. Həm sülh, həm də münasibətlərin normallaşması təmin edildiyində ölkələrimizin bundan fayda qazanacağını görəcəyik”.
Bununla yanaşı, Türkiyə lideri Zəngəzur dəhlizi barədə də danışıb: “Zəngəzur dəhlizi Azərbaycan üçün yalnız Naxçıvan ilə quru əlaqəsi deyil, eyni zamanda Türkiyə üzərindən Türk dünyasına uzanan yeni bir inteqrasiya xəttidir. Bu dəhlizin tez bir zamanda açılması Qafqazda nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcək. Qonşu ölkə İranın da bölgəmizdə əmin-amanlıq, sülh və inkişafa xidmət edəcək bu addımlara dəstək verməyini gözləyirik. Bu “qazan-qazan” prinsipindən onların da faydalanmasını istəyərik. Atılan hər addım, açılan hər qapı, dəhliz iqtisadi qazancla yanaşı, zamanla ölkələri bir-birinə daha çox yaxınlaşdıracaq”.
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO












