Erməni "fake news"larının iflası - FOTO

Milli Ordumuz mənfur düşmənimiz ermənilərin təxribat və hücumlarına qarşı əks-hücum əməliyyatlarını uğurla yerinə yetirir. Bu günədək düşmən işğalında olan torpaqlarımızın bir hissəsi ordumuz tərəfindən azad olunub.Əks- hücum əməliyyatları davam edir.
Müharibə dövründə ən güclü silahlardan biri də informasiya müharibəsidir.Ölkəmiz cəbhədə olduğu kimi informasiya müharibəsində də düşməndən üstündür. Biz düşmənimizdən fərqli olaraq konkret sübutlara istinad edərək məlumat yayırıq.
Ermənistan tərəfi isə döyüş meydanındakı məğlubiyyətlərini və məhv olmuş döyüş əzmini "fake" xəbərlərlə ört-dasdır etməyə çalışır. Düşmən əsasən, öz saytlarında, kanallarında və sosial şəbəkələrdə "fake news" yaymaqla məşğuldur. Erməni mətbuatı acınacaqlı vəziyyətlərini yalan məlumatlarla gizlətməyə, ümüdü qırılmış erməniləri ruhlandırmağa çalışır. Düşmən tərəfindən planlı şəkildə yayılan və döyüş əzmimizi qırmağı planlaşdıran videolar,şəkillər xəbərlər yayır. Bu xəbərlər aidiyyatı orqanlarımız tərəfindən araşdırılır. Bu xəbərlərin "fake news" olduğu aydınlaşdırılır. Belə xəbərlər Ermənistan hakimiyyətinin daxili və beynəlxalq ictimaiyyəti aldatmağına hesablanıb. Məkrli düşmən unudur ki, indi müasir texnologiyalar əsridir. Yaydıqları xəbərləri araşdırıb yalan olduğunu sübut etmək çox asandır. Artıq hamı başa düşür ki, Ermənistanın yalan xəbər siyasəti iflasa uğrayıb.
Sosial şəbəkələrdə düşmənlərimiz tərəfindən yayılmış bir neçə "feyk" xəbəri sizə təqdim edirik.
Albert Haroutunian adlı sosial media istifadəçisi Azərbaycanlı Tik-tok fenomeni Məhəmməd Dənizin şəkilini paylaşaraq onun Azərbaycan tərəfində vuruşan suriyalı döyüşçü olduğunu qeyd edib.


Ermənilər tərəfindən açılmış feysbuk hesablarıdır. Diqqətli olmağınız tövsiyyə olunur. Hiyləgərlik edərək çaşqınlıq yaratmaq və məlumat əldə etməyə cəhd edirlər. Belə profillər çoxdur.


Erməni mənbələr illər öncə Türkiyədə baş vermiş hadisəni güya "əsgərlərimiz döyüş meydanından qaçırmış kimi" qələmə verərək yalan məlumatlar tirajlayırlar. Videonun əslində "PKK" terror təşkilatı yandaşları ilə Türkiyə ordusu hərbçilərinin mübahisə etmələri əks olunub.
Yalan

Doğru

"Re:public of Artsakh" (Eng) Telegram kanalı video görüntü paylaşaraq qondarma Dağlıq Qarabağ ordusunun artilleriya atəşi nəticəsində yaranan yanğının video görüntüsü olduğunu iddia etmişdir.
İddia edilən görüntülər 2013- cü ilin yanvarında Bibiheybət yolu üzərində yanacaq daşıyan yük maşınının aşması nəticəsində qeydə alınmışdır. Yuxarıda qeyd olunan Telegram kanalı "deniz.o3" adlı Tik-tok istifadəçisinin paylaşdığı video görüntüyə istinad etsə də, həmin paylaşım 21.09.2020 tarixinə aiddir.


Yuxarıdakı faktlar ermənilərin bir daha necə yalnçı, saxtakar olduğunu sübut edir.
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB










