Erməni vəhşiliyinə susan beynəlxalq təşkilatlar əsl simalarını göstərmiş oldular - Deputat

Daim özlərini sülh çarçısı hesab edən, beynəlxalq hüququn aililiyini az qala hər dəqiqə bizə sırımağa çalışan beynəlxalq təşkilatlar son günlər ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərə susqunluq nümayiş etdirirlər. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat vurğulayıb ki, 27 sentyabr Ermənistanın Azərbaycana qarşı təxribatları nəticəsində ordumuzun əks-hücumları, ermənilərin ağır itkilərə məruz qalması bütün beynəlxalq təşkilatları dilə gətirdi, hamı işğalçı Ermənistanın müdafiəsinə qalxdı, Azərbaycanı atəşi dayandırmağa inandırmaq üçün döymədikləri qapı qalmadı:
“Azərbaycan atəşi dayandırdı, bəs nə oldu, nə baş verdi?!. Erməni yenə də öz riyakar və iyrənc sifətini göstərərk gecə yarısı Azərbaycanın mülki insanlarını, uşaqları, qocaları raket atəşə tutdu, onlara gecə yarı vəhşət yaşatdı, mülki insanlar yatdıqları yerdə erməni cinayətkarları tərəfindən qətlə yetirildi, ağır yaralandı.
Bəs hardadı mənfur erməniləri qorumağa çalışan, Azərbaycanı atəşkəsə dəvət edən həmin o ikiüzlü beynəlxalq təşkilatlar? Görünür həmin təşkilatlar üçün ali dəyərlər, beynəlxalq qanun sadəcə bir təzyiq vasitəsidir. Kiməsə təzyiq etmək istəyəndə, öz işlərinə yarayanda beynəlxalq qanunu bayraq edib düşürlər ortaya, yox, əgər onların işinə yaramırsa heç bir qanunun, hüquq onlar üçün məna kəsb etmir.
Bu cür vəhşiliyə axı necə susmaq olar?! İnsan vicdanı buna necə yol verə bilər?! Görümür həmin təşkilatlar üçün insani dəyərlər də mənasızdır. Bu, ikili standartın, qərəzliliyin ən yüksək nümunəsidir.
Hardadı görəsən gecə gündüz ermənilərin təəssübkeşliyini çəkən, Azərbaycanı atəşi dayandırmağa inandırmaq üçün zəng etmədiyi adam qoymayan Fransa prezidenti Emmanuel Makron?! Görəsən erməniləri yazıq simasında göstərməyə çalışan Makronun Gəncədəki yaralı uşaqları, qətlə yetirilmiş insanları, dağıntıları görüb zərrə qədər də olsa vicdan əzabi çəkdimi?! Əlbəttə yox, çəksəydi səsini çıxaradı.
Bəli, bax budur beynəlxalq təşkilatların, sülh carçılarının əsl siması. Əgər onlar bu vəhşiliklərə susurlarsa deməli onlar da bu vəhşiliyi törədənlər qədər günahkardırlar”.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












