Ermənidən Azərbaycanda saxladığı maşına görə vergi istəyirlər

Ermənistanda sərhədyanı bölgədə yaşayan sakindən Azərbaycan ərazisində saxladığı avtomobilə görə əmlak vergisi tələb olunur. Oxu.az epress.am saytına istinadən xəbər verir ki, Ermənistanın Çəmbərək şəhərinin sakini Samvel Arakelyana yerli icma administrasiyadan məktub daxil olub. Həmin məktubda vəziyyətin daha da çətinləşməməsi üçün onun qəti tədbirlər görməsi və QAZ-69 markalı avtomobilinə görə 160 dollar məbləğində əmlak vergisi ödəməsi tələb olunub. Məsələ ondadır ki, həmin avtomobili Arakelyan 26 il əvvəl Azərbaycanda qoyub. “Atamın Arsvaşendə (tarixi və indiki adı Başkənd; Gədəbəy rayonu ərazisində yerləşir) nasaz “Villis”i var idi. İndi ona görə əmlak vergisi ödəməyimi istəyirlər”, - deyə Arakelyan Express.am müxbirinə bildirib.
Onun sözlərinə görə, Çəmbərək icma administrasiyası əllərində olan sənədlərə əsasən, borcun yığıldığını bildirir. “Deyirlər, gərək ödəyəsən ki, problemin həll olunsun”.
Arakelyan məktuba hər hansı reaksiya göstərmək fikrində deyil. Belə ki, bu tələbin absurd olduğunu düşünür. “Qoy mənim “Villisim”i qaytarsınlar, onda mən on qat pulunu ödəyərəm”, – deyə o bildirib.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












