Ermənilər minaları ən çox bu ərazilərə basdırıb - Ekspert

Ermənilər minalanmış ərazilərin xəritəsini versə, azad edilən torpaqların minalardan təmizlənməsi iki dəfə daha tez bir vaxtda bitər.
Bunu ARB 24-ün “Nə baş verir?” verilişinə müsahibəsində hərbi ekspert Elxan Şıxalıyev deyib. O bildirib ki, Ağdam azad edilən torpaqlar arasında minalardan ən erkən təmizlənən rayon olacaq:
“Ərazilərin minalardan nə zaman təmizlənməsi ilə bağlı konkret vaxt demək çətindir. Hesab edirəm ki, xəritə olmadığı üçün proses iki-üç qat artıq vaxt tələb edəcək.
Bundan başqa ən erkən təmizlənən rayonun isə Ağdam olduğunu düşünürəm. Çünki bu proses əvvəlcə təmas xəttindən başlayaraq, dərinliyə doğru aparılacaq”.
E. Şıxalıyev onu da qeyd edib ki, azad edilən torpaqlarda ən çox minalanmış ərazi təmas xəttidir: “Minalar daha çox 27 sentyabra qədər olan neytral ərazilərdə basdırılıb”./axar.az
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












