“Ermənilər rüşvət hesabına döyüşlərdən canlarını qurtarır”

Xəbər verdiyimiz kimi, Ermənistanda hərbi çağırışçıların koronavirus adıyla saxta arayış əldə edərək döyüşlərdən yayınması kütləvi hal alıb. Ötən gün bu ölkənin Milli Təhlükəsizlik Xidməti hərbi çağırışçılara saxta COVİD-19 arayışı verən həkimi həbs edib.
Avtosfer.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ermənilər bu müharibədə haqsız tərəf olduqlarını anlayaraq cəbhəyə gedib qurban olmaq istəmirlər. Yerli mənbələr Ermənistanda saxta COVİD-19 arayışının 1000-2000 dollar pul qarşılığında əldə olunduğunu yazırlar.
Elə bu səbəbdəndir ki, son günlər Ermənistanda yeni növ koronavirus infeksiyasına gündəlik yoluxma sayı 2500-ü ötüb. Politoloq Qabil Hüseynli “Qafqazinfo”ya bildirib ki, erməni cəmiyyətində təkcə müharibəyə nifrət yaranmayıb, onlar həm də Azərbaycan Ordusunun hücumları qarşısında səksəkə içərisindədirlər.
Politoloqun fikrincə, təkcə koronavirusdan saxta arayışlar alıb canını qurtarmaq məsələsində deyil, həmçinin hərbi səfərbərlik idarələrində də rüşvət böyük rol oynayır:
“Bu rüşvətin hesabına həm rezervistlər, həm də orduya yeni çağırılanlar canlarını qurtara bilirlər. Bundan başqa, erməni cəmiyyətində miqrasiyaya, mühacirətə getməyə meyl çox güclüdür. Hərbi vəziyyət elan olunduğuna görə ölkədən çıxışa qadağa qoyulub. Amma bütün bunlara baxmayaraq, rüşvət verməklə, bu vəziyyətdən qurtarmaq mümkün olur. Erməni cəmiyyəti çox böyük səksəkə içərisində canlarını cəbhəyə getməkdən qurtarmağa çalışırlar”.
Q. Hüseynli həmçinin əlavə edib ki, son dövrlərdə hətta Dağlıq Qarabağda olan insanlar Azərbaycan tərəfə keçməklə üçüncü ölkəyə getmək yolları haqqında fikirləşirlər.
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO










