Banner

Ermənilər tibbi yardım maşınında silah daşıyıblar - VİDEO

Xəbərlər 8 Oktyabr 2023 13:30 Oxunub 1514
Ermənilər tibbi yardım maşınında silah daşıyıblar   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş döyüş mövqelərindən birinə baxış keçirilərkən hərbi tibbi yardım üçün nəzərdə tutulan nəqliyyat vasitəsinin hərbi yükün daşınması məqsədilə istifadə edilməsi müəyyən edilib.

Trend xəbər verir ki, artilleriya atəşi nəticəsində yararsız vəziyyətə düşən qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus nəqliyyat vasitəsi “Kornet” tank əleyhinə raket kompleksinin idarə olunan raketlərinin saxlanılması və daşınması üçün istifadə edilib.

Qeyd edək ki, mülki təyinatlı texnikanın hərbi məqsədlərlə istifadə edilməsi Beynəlxalq Humanitar norma və prinsiplərində ziddir və qəbuledilməzdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh