Ermənilərin atdığı mərmi Beyləqan ərazisinə düşüb
Xəbərlər
3 Oktyabr 2020 22:58

Beyləqanda 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasının yaxınlığına mərmi düşüb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında qeyd olunur. “Azərbaycan Ordusunun zərbələri qarşısında tab gətirməyən erməni silahlı birləşmələri beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın şəhər və kəndlərini, dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
Düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində 03.10.2020-ci il tarixdə saat 20.00 radələrində artilleriya mərmiləri təmas xəttindən xeyli aralıda yerləşən Beyləqan şəhərinin SMD-42 qəsəbəsindəki Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasının yaxınlığına düşüb. Mərmi qəlpələrindən inzibati binaya zərər dəyib. Xoşbəxtlikdən binada növbədə olan əməkdaşlar xəsarət almayıb”, - məlumatda qeyd edilir.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.
Oxunub : 2052
DİGƏR XƏBƏRLƏR
18 Oktyabr 2026 18:49
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
18 Oktyabr 2026 17:45
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
18 Oktyabr 2026 17:27
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18 Oktyabr 2026 15:29
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
18 Oktyabr 2026 14:20
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
17 Oktyabr 2026 16:36
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
17 Oktyabr 2026 15:45
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
16 Oktyabr 2026 19:42
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
16 Oktyabr 2026 16:00
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
15 Oktyabr 2026 22:45
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
15 Oktyabr 2026 18:44
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
15 Oktyabr 2026 18:10
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
ŞƏRH YAZ












