Ermənilərin Gəncə terroru iki uşaq anasını görmə qabiliyyətindən məhrum etdi - VİDEO

Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutması nəticəsində iki uşaq anası görmə qabiliyyətini itirib.
Avtosfer.az-ın "Report"-a istinadən məlumatına görə, bir neçə gün əvvəl düşmənin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində ağır yaralananlardan biri də 26 yaşlı iki uşaq anası Pərvin Qasımovadır. O, şəhərə atılan raket nəticəsində uçmuş evinin dağıntıları altında qalıb və hər iki gözündən ağır xəsarət alıb.
P.Qasımova hadisə zamanı evdə tək olmayıb, onun iki körpəsi və anası da dağıntılar altında qalıb. Xoşbəxtlikdən körpələr ciddi xəsarət almayıb.
Həmin günü çox acı xatirə kimi qiymətləndirən P.Qasımova ermənilərin günahsız insanlara qarşı etdikləri bu vəhşiliyini pisləyib.
Qeyd edək ki, P.Qasımovanın müalicəsi yerləşdirildiyi xəstəxanada davam edir.

Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












