Ermənistan ağlını başına yığsın, eyni səhvi təkrarlayarsa... - Hulusi Kılıç

Zəngəzur dəhlizi türk dünyasında körpüdür. O dəhliz bizə aid olduğu halda 1921-ci idə Ermənistana hədiyyə edilmişdi. O dəhlizi mütləq açacağıq.
Bu sözləri Redaktor.az-a özəl açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç dedi.
Onun sözlərinə görə, bu, sadəcə türk dünyası üçün deyil, bütün qərb və şərq üçün önəmlidir.
“Bu baxımdan, Ermənistan bunu qəbul edəcəkdir. Biz də sülh razılaşmasından sonra Ermənistanla münasibətlərimizi normallaşdıracağıq. Türkiyənin Ermənistan qarşısında ilk şərti budur. İkinci şərt Zəngəzur dəhlizinin açılması məsələsidir. Ərdoğan dəfələrlə bu məsələni dilə gətirib. Düşünürəm ki, bu, Ermənistan üçün də çok faydalı olacaqdır".
Hulusi Kılıçın sözlərinə görə, Nikol Paşinyan sözünün üstündə durmazsa, alternativ yollar var: “İran üzərindən keçirərik. Bu zaman Ermənistan önəmini itirəcək. Ermənistan daha öncəki səhvlərini təkrarlamasın. 30 il öncə Azərbaycanın torpaqlarını işğal edərək səhv etmişdi. Ona görə bu imkanlardan Gürcüstan yararlanmışdı. İndi də eyni xətanı edərsə, yararlanan İran olacaq. Ermənistan ağlını başına yığsın və bir an öncə sülh müqaviləsini imzalasın və kommunikasiyaların açılmasına şərait yaratsın”.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












