Ermənistan-Türkiyə sərhədi açılacaq?

Türkiyə ilə Ermənistan arasında münasibətlərin nizamlanması, o cümlədən sərhədlərin açılması tamamilə rəsmi İrəvanın atacağı addımlardan asılıdır.
Avtosfer.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Türkiyə prezidentinin dəftərxanasındakı mənbə bildirib.
"Bizim (Türkiyə və Ermənistan - red.) münasibətlərimizin normallaşmasına, görüşlərin keçirildiyi faktiki prosesə gəlincə, İrəvanın konstruktiv, səmimi və sülhsevərliyini görəndə növbəti addımlar barədə danışmaq mümkün olacaq. Biz danışıqları davam etdirməyə hazırıq", - mənbə bildirib.
Agentliyin həmsöhbəti qeyd edib ki, regionda yeni vəziyyət yaranıb, əməkdaşlıq üçün geniş imkanlar var.
"Belə bir yanaşma olduqda, düşünürəm ki, sərhəd məsələsinə qədər o prosesdə konkret dəyişikliklər görəcəyik".
Ötən gün “Hürriyyət” qəzeti öz mənbələrinə istinadən yazıb ki, Ermənistan Türkiyəyə üçüncü ölkə vətəndaşları üçün sərhədləri açmağı təklif edib, Ankara bu təklifin əleyhinə deyil.
Xatırladaq ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur və sərhəd Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır.
Unikal
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












