Ermənistan XİN-dən Bakının şərtləri ilə bağlı AÇIQLAMA

"Mən yalnız erməni tərəfinin artıq tam razılaşdırılmış sülh sazişini imzalamağa hazır olduğunu bir daha təsdiqləyə bilərəm. Gecikmələrə gəlincə, bu saziş nə qədər tez imzalansa, təbii ki, biz diqqəti regional əməkdaşlığa, regionumuzun bütün dövlətlərinin və xalqlarının rifahı məsələlərinin həllinə yönəldə biləcəyik".
Avtosfer.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan açıqlayıb.
O, iki konkret ilkin şərtdən danışaraq qeyd edib: "Bir müddət əvvəl baş nazir Paşinyan bir daha bəyan etdi ki, ATƏT-in Minsk qrupunun mexanizmlərinə gəldikdə, Ermənistan sülh sazişinin imzalanması ilə paralel olaraq ATƏT-in fəaliyyətdə olan sədrinə Minsk Qrupu mexanizmlərinin ləğvini təklif edən müvafiq məktub göndərməyə hazırdır. Konstitusiya məsələsinə gəlincə, bununla bağlı Ermənistan Respublikasının mövqeyi də təqdim edilib, yəni Ermənistan Konstitusiya Məhkəməsi delimitasiya komissiyalarının iş proseduru ilə bağlı ötən il verdiyi müvafiq qərarda artıq Konstitusiyamız ilə Alma-Ata Bəyannaməsi arasında heç bir konstitusiya maneəsinin və ya ziddiyyətin olmadığını qiymətləndirib. Üstəlik, sülh müqaviləsi aydın təminatlara malikdir və mahiyyət etibarı ilə həm Ermənistan tərəfinin Azərbaycan konstitusiyası ilə bağlı narahatlığını, həm də Azərbaycanın onların da narahatlığına dair verdiyi bəyanatları əhatə edir".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












