Ermənistan Xocalı qətliamının bədəlini ödəyir - ƏRDOĞAN

Xocalı soyqırımı o qətliamı yaşayanlar üçün də, bizim üçün də unudulmazdır.
Avtosfer.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir və ödməyə davam edəcək.
"Çünki Xocalıdan və başqa şəhərlərdən 1 milyon azərbaycanlı sözün əsl mənasında köçüb. Hara? Azərbaycana. İndi 10 ildən sonra Azərbaycan bu qətliamın hesabını sorur. Çox, çox fərqli şəkildə soruşdu və torpağını geri aldı. Bildiyiniz kimi, Amerika, Rusiya, Fransa - Minsk üçlüyü adlanan bu ölkələr illərdir Azərbaycanın bu hüququnu tanımırdı. Nəhayət, Azərbaycan işi bitirdi. İndi Xocalıda kim var? Xocalının əsl sahibləri... Bütün şəhidlərə Allahdan rəhmət diləyirik", - Türkiyə lideri bildirib.
Ərdoğan vurğulayıb ki, Azərbaycan ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün daxil olub.
"Azərbaycan illər əvvəl erməni quldur dəstələri kimi ora girməyib. İnsanları qırmağa getməyib. Azərbaycan haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil olub. Arxasında qələbələrin müjdəsi ilə öz torpağına girib. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır", - o qeyd edib.
Modern.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












