Ermənistanda aviaşirkət fəaliyyətini dayandırır

Ermənistanın “Fly Arna” aviaşirkəti fəaliyyətini dayandırır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.
Bununla bağlı qərar dekabrın 4-dək veriləcək.
Şirkətin təşkilati və maliyyə məsələləri ilə bağlı çox ciddi problemlərinin olduğu bildirilir.
Qəzet yazır ki, “Fly Arna”nın rəhbəri David Papazyan müvafiq ixtisası olmayan şəxsləri işə götürərək, yüksək maaşla ciddi vəzifələrə təyin edib: “Bütün sənədlər və aşkar edilmiş qayda pozuntuları baş nazir Nikol Paşinyana təqdim edilib. Məhz buna görə də ciddi fikir ayrılıqları yaranıb və baş nazir qərara gəlib ki, bu şirkət uçuşlar həyata keçirməsə, daha yaxşı olar”.
Bildirilib ki, bu şirkətin uğursuzluğu İrəvan meri Tiqran Avinyanla da bağlıdır, çünki o, şirkətin yaradılmasında vasitəçi olub.
Qeyd edək ki, şirkət Ermənistan Milli Maraqlar Fondu (ANIF) və “Air Arabia Group” tərəfindən birgə yaradılıb. 2021-ci il dekabrın 10-da şirkət Ermənistan Milli Hava Yolları QSC tərəfindən dövlət qeydiyyatına alınıb.
Report
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












