Ermənistanda general həbs edildi

Ermənistan Silahlı Qüvvələri Artilleriya İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan həbs olunub.
O, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin araşdırması nəticəsində saxlanılıb.
İstintaq zamanı məlum olub ki, Armen Arutyunyan seçim komissiyasının sədri kimi Müdafiə Nazirliyi ilə erməni şirkətlərindən biri arasında razılaşmaya uyğun gəlməyən əmlakın qəbulunda iştirak edib. Beləliklə, o, təchizatçı şirkətin direktoru və sahibinin maraqlarından çıxış edib.
Arutyunyan xüsusilə böyük miqyasda mənimsəmədə şübhəli bilinir. Xüsusilə, onun köməyi ilə kifayət qədər yüksək taktiki-texniki xüsusiyyətlərə malik olmayan Çexiya istehsallı artilleriya mərmilərinin tədarükçüsü şirkətə 523 milyon 89 min dram (1 milyon 83 min dollar) ödənilib.
Bundan başqa, məlum olub ki, mərmilərin zəif xüsusiyyətləri Qarabağda 44 günlük müharibə zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinə maneə olub.
Elə bu işlə əlaqədar tədarükçü şirkətin sahibinə və onun direktoruna qarşı ittihamlar irəli sürülüb.
İstintaq davam edir. Cinayət sxeminin qalan iştirakçılarının müəyyən edilməsi istiqamətində tədbirlər aparılır.
oxu.az
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












