Ermənistanın itirdiyi hərbi texnika və sursatı bərpa etməyə 25 il vaxt lazımdır - Vüsal Qasımlı

Fundamental iqtisadi qanunlar və hərbi xərcləmələr üzrə hesablamalar Ermənistanın hazırkı hərbi büdcəsinin xərc istiqamətləri vasitəsi ilə itirdiyi hərbi texnika və sursatı bərpa etməyə təxminən 25 il vaxt lazım olduğunu göstərir.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, məhz buna görədir ki, artıq Ermənistan bu imkanlarının tükəndiyini görür və üçüncü ölkələrdən buraya “humanitar yardım” adı altında silahların, maliyyə, ərzaq yardımlarının qanunsuz daşınması həyata keçirilir: “Lakin Ermənistanın qanunsuz silahlandırılmasına şərait yaradan və ya birbaşa dəstək verən ölkələr bu silahların erməni terrorçuları tərəfindən istifadəsini də nəzərə almalıdırlar. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi paraqrafla qeyd etdiyi “erməni terrorizmi” anlayışının mahiyyəti bu ölkələr tərəfindən dərindən dərk olunmalıdır.
Məhz buna görə də Ermənistana yatırılan hər hansı sərmayə, verilən borc və pul köçürmələrinin birbaşa terrorizmin və işğalın maliyyələşdirilməsinə sərf olunması amili beynəlxalq ictimaiyyət tərəfindən diqqətdə saxlanılmalıdır. Ermənistanı maliyyələşdirən beynəlxalq təşkilatların infrastruktur investisiyaları, əslində, Ermənistan tərəfindən dolayısı ilə terrorizmin və işğalın maliyyələşdirilməsinə sərf olunur və bu təşkilatların mandatına heç bir halda uyğun gəlmir.
Digər tərəfdən, Ermənistanın maliyyələşdirilməsi birbaşa militarist iqtisadiyyata yatırılan sərmayədir. Belə ki, hərbi xərclərinin Ümumi Daxili Məhsulda xüsusi çəkisi 10 faiz ətrafında olan Ermənistan dünyada ən çox hərbiləşmiş azsaylı ölkələrdən hesab olunur. Buna müvafiq olaraq, beynəlxalq təşkilatlar və üçüncü ölkələr Ermənistanın maliyyələşdirilməsi, bu ölkəyə hər hansı vəsaitin verilməsinin işğalın və terrorizmin maliyyələşdirilməsinə sərf olunduğunu nəzərə almalıdırlar”.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












