Ermənistanın raket zərbələri Gəncədəki alman tarixi və mədəni irsi üçün təhlükə mənbəyidir

Ermənistan ərazisindən Azərbaycanın cəbhə bölgəsindən uzaqda olan Gəncə, Şəmkir şəhərlərini raket atəşinə tutması almanların bu ərazidə qorunan tarixi və mədəni irsini təhlükə altına qoyur.
Diasporla İş üzrə Dövlət Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, bu fikir Alman-Azərbaycan Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Çingiz Abdullayevin imzası ilə Almaniyanın hökumət və bundestaq (parlament) üzvlərinə ünvanlanan məqaləsində əksini tapıb. Qeyd edilib ki, söhbət 200 il öncə Gəncə ətrafında, əsasən Göy-Göl (Helenendorf) və Şəmkir (Annenfeld) ərazisinə Baden-Vürtenberq torpağından köç edərək məskunlaşan almanların bu gün respublikada, o cümlədən Gəncədə qorunan tarixi və mədəni irsindən gedir.
Müəllif xatırladıb ki, Azərbaycanda alman irsi yaxşı mühafizə olunur və Azərbaycan Prezidenti İlham Əliyevin 30 avqust 2016-cı il tarixli "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" imzaladığı sərəncam buna sübutdur. Amma işğalçı Ermənistan ordusunun artilleriya və raket zərbələri alman abidələrinə də ziyan vura bilər.
"Qərb və Şərqin qovşağında yerləşən Azərbaycan Respublikası beynəlxalq münasibətlər sisteminin faktorudur. Onun suverenliyi beynəlxalq hüquq normaları ilə qorunur. Xalqımızın ərazi bütövlüyü uğrunda apardığı mübarizə dövlətimizin suveren hüququdur. Bu mənada multikultural ənənələri özündə birləşdirən, tolerant dəyərləri qoruyan Azərbaycan xalqına qarşı yönələn erməni təcavüzünə nə ad verək?", - deyə professor sual edib.
Məqalənin tam mətni bu linkdə: https://anews.az/az/azerbaycanda-alman-medeni-irsine-ermenistan-tehlukesi/
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












