Ərşad Hüseynov 28 ildən sonra Laçına getdi - “Qəbirləri açıb ölülərin qızıl dişini axtarıblar”

Qarabağ qazisi, hüquqşunas Ərşad Hüseynov işğaldan azad edilən Laçın rayonunun Mayıs kəndinə yollanıb. Ə.Hüseynov doğulduğu kənddə qardaşının məzarını ziyarət edib. Bütün bunlarla bağlı o, öz təəssüratlarını Moderator.az-ın əməkdaşıyla bölüşüb: “Adam qarışıq duyğular yaşayır. Bu isə o deməkdir ki, bir təfədən böyük sevinc hissi var, bizim şanlı ordumuz, gözəl xalqımızın birliyi sayəsində torpaqlarımız işğaldan azad olunub. Hazırda o torpaqlarda Azərbaycan əsgəri gəzir, torpaqlarımızı müdafiə edir. Bilirsiniz ki, Laçın Gorus və Sisyan rayonlarıyla Ermənistanla sərhəddir. Yüksək sevinc hissi ordan yaranır ki, Laçının əksər hissələri Azərbaycan ordusunun tam nəzarətindədir. Laçın dəhlizi isə müvəqqəti olaraq rus sülhməramlılarının nəzarətindədir. Sevinc hissi odur ki, mən 28 ildən sonra Laçın torpağına qədəm qoya bildim. Laçının şimal hissəsi 1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcərlə birlikdə işğal olunub. 28 ildən sonra biz o torpaqlara dönə bildik, ayaqlarımız o torpaqlara dəydi, öz kəndimizin, obamızın, daşına-kəsəyinə toxundu. Bütün bunlar böyük sevinc hissidir. Orda Azərbaycan ordusu xidmət apardığı üçün adam arxayın o yerdə gəzə və bulaqların suyundan içə bilir. Hətta o yerlərdə gül-çiçək də açmışdı, onları da qoxladım”.
Ə.Hüseynov düşmənin torpaqları xarabalığa çevirdiyini bildirib: "Digər tərəfdən bir kədər də var və bu da ondan ibarətdir ki, şərəfsiz düşmən hər şeyi darmadağın edib. Məsələn, bizim kəndimizdə yaşayış üçün yararlı bir dənə də olsun tikili yoxdur. Cəmi beş evin çardağı üstündə idi, amma onlar da yaşayış üçün yararlı deyildi. Çünki hamısını söküblər və sadəcə quru divarları qalıb. İçində isə heyvan saxlayıblar. Bu dəqiqə orda yaşayış üçün yararlı olan heç bir şey yoxdur. Ermənilər torpaqlarımızdan çıxarkən elə edib ki, o yerləri bərpa etmək maksimum çətin olsun. Məsələn, evdə yaşayıblar, oranı təmir ediblər, amma çıxarkən evi yandırıblar. Ümid edirik ki, qısa müddətdə o yerləri bərpa edəcəyik və yavaş-yavaş orda həyat öz axarıyla davam edəcək”.
Ə.Hüseynov düşmənin qəbiristanlıqlarımızı da dağıtdığını qeyd edib: “Məzarlığı da ziyarət etdik və orda da bir neçə qəbirləri dağıdıblar. Bahalı qəbir daşlarını ermənilər ordan aparıblar. Bəzi qəbirlərin içini dağıdıblar və ola bilsin ki, mərhumların qızıl dişlərini axtarıblar. Əksər qəbirlərin sadəcə baş daşını sındırıblar. Şəkillərini dağıdıblar. Amma şükürlər olsun ki, həmin torpaqlardayıq. Bu, sözlə ifadə olunmayan bir hissdir. Həmin torpaqlarda gəzə, bulaqlarının suyunu içə bilirik. Ona görə də hər bir halda xalqımıza və ordumuza eşq olsun. Allah bütün şəhidlərimizi rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində bütün bunlar oldu”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












