Evlərin sənədləşdirilməsi niyə yubadılır? - AÇIQLAMA

“Hazırda Prezidentin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin sənədləşdirilməsi prosesi gedir. Fikrimcə, qeyri-yaşayış təyinatlı obyektlərin sənədləşdirilməsi ilə bağlı oxşar qərarı yaşayış evlərinin sənədləşdirilməsinə də şamil etmək mümkündür. İstisna hal kimi mühafizə zolağına düşən, aktiv mədən və vulkanik ərazilərdə inşa olunan evlərin taleyinə dair qərarı sonra da vermək olar. Amma digər evlərin sənədləşdirilməsi mümkündür. Bunun üçün isə istək lazımdır”.
Bunu Bakupost.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
O bildirib ki, Prezidentin dəfələrlə tapşırıq və tövsiyələrinə baxmayaraq, məsələnin həlli uzanır:
“Cəmiyyətdə belə bir fikir yaranır ki, müvafiq icra hakimiyyəti orqanları bu problemi aradan qaldırmaq istəmirlər. Çünki onda yerli icra hakimiyyəti orqanlarının “bazarı” bağlanar”.
R.Osmanlı əlavə edib ki, Prezidentin kommunal təsisatla bağlı qərarı sənədsiz torpaqlarda evlərin tikilməsinin qarşısını alacaq:
“Məlum olduğu kimi, Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsi qaydalarına dəyişiklik edilib. Bu il oktyabr ayının 1-dən sonra evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.
Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulan əsas olmadan inşa edilən və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.
Bununla yerli icra orqanlarının qanunsuz evlərin tikilməsindən sui-istifadə etməsinin də qarşısı alınacaq”.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












