Bakıda gənc qadını polis adıyla aldadıb "Hummer"ini və pulunu aldılar - 75 MİNLİK DƏLƏDUZLUQ
Xəbərlər
20 Avqust 2020 01:20

Bakıda gənc xanım dələduzluqla üzləşib. “Report” açıqlama verən şikayətçi G.Muradova bildirir ki, Şirinov Vüqar Ağamirzə oğlu adlı şəxs onun etibarından sui-istifadə edərək 70 min manatadək pulunu ələ keçirib. Onun sözlərinə görə, Vüqar Şirinovla 2018-ci ilin sonunda tanış olub. V.Şirinov onunla evlənəcəyini vəd edib: “Vüqar Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) əməliyyat müvəkkili işlədiyini, əvvəlcə kapitan, sonradan isə mayor rütbəsində zabit olduğunu bildirirdi. O, mənimlə görüşə polis formasında da gəlmişdi. Mənə bildirdi ki, şəhid ailəsi olduğuna görə sosial evləri ucuz qiymətə ala bilir. Sosial evlərdə mənzil almaq vədi ilə məndən hissə-hissə, (15 min, 15 min və 6 min olmaqla ) ümumilikdə 36 min manat pul aldı. Ancaq nə mənzil aldı, nə də pulu qaytardı”.
G.Muradova qeyd edir ki, V.Şirinov növbəti dəfə onu aldadıb: “Sonra mənim “Hummer” markalı avtomobilimi 25 min manata almaq istədiyini dedi. Mən razılaşdım, amma bir müddət sonra dedi ki, maşının mühərrikində problem var, notariatda əsas etibarnamə ver ki, məsələni həll edim. Mən də onun dediyini etdim. Ancaq sonradan öyrəndim ki, maşını başqa adama satıb və “Hummer” lombardda girovdadır”.
Şikayətçi bildirir ki, V.Şirinov növbəti dəfə ondan qardaşını Türkiyə səfirliyində işə düzəltmək adı ilə pul alıb: “Qardaşımın işə düzəltməsi üçün iyun ayında ona ümumilikdə 15 min manat da verdim. Bundan sonra isə tamamilə yoxa çıxdı, telefonlarına zəng çatmadı. Öyrəndik ki, Vüqar bizdən başqa şəxslərə qarşı da belə əməllərə yol verib. Hətta onun ailəli olduğu da üzə çıxdı”.
G.Muradova bildirir ki, tez-tez telefon nömrəsini dəyişsə də, Vüqarla əlaqə saxlaya bilib: “Mənə dedi ki, sənə borcum yoxdur. Əlimdə video, səs yazısı və fotolar olduğunu dedikdən sonra isə məni hədələməyə başladı. O, müxtəlif instaqram profillərindən mənə yazaraq görüşə çağırır, öldürəcəyi ilə hədələyir. Hesab edirəm ki, telefonda olan sübutlara görə narahatdır və onların silinməsinə nail olmaq istəyir. Vəziyyət o yerə çatıb ki, onun hədə-qorxuları ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə də müraciət etmişəm”.
Şikayətçi bildirir ki, V.Şirinov Gülüstan Ağayeva adlı qadınla əlbir hərəkət edir: “Həmin qadını mənə anası kimi təqdim edərək, elçi gələcəyini demişdi. Hazırda da həmin qadınla bilirkdə yaşayır. Dəfələrlə həmin qadın mənimlə əlaqə saxlayaraq, problemlərin həll olunacağını bildirib və Vüqardan şikayətçi olmamağımı istəyib”.
G.Muradova sonda əlavə edir ki, həm hədələnməsi, həm də qarşılaşdığı ümumilikdə 75 500 manatlıq dələduzluq faktı ilə bağlı ərazi üzrə polis şöbəsinə ərizə ilə müraciət edib: “Şöbədən bildirdilər ki, ərizədə V.Şirinovun BMCMİ adından istifadə etdiyi qeyd edildiyi üçün, məsələ həmin idarə tərəfindən araşdırılır və əlavə məlumat veriləcək”.
"Report" məsələ ilə bağlı Vüqar Şirinovla əlaqə saxlamaq istəsə də, telefonuna zəng çatmayıb, Gülüstan Ağayeva isə zənglərə cavab verməyib.
Mövzu ilə bağlı DİN-dən bildirilib ki, məsələ araşdırıldıqdan sonra cavab veriləcək.

Oxunub : 17710
DİGƏR XƏBƏRLƏR
3 İyul 2026 15:11
Prezident vacib fərman imzaladı
3 İyul 2026 13:11
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
2 İyul 2026 13:09
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
2 İyul 2026 10:12
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
30 İyun 2026 17:06
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
29 İyun 2026 15:14
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
25 İyun 2026 17:25
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
25 İyun 2026 13:39
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
23 İyun 2026 12:36
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
21 İyun 2026 16:03
Günəşdə güclü partlayışlar baş verdi
13 İyun 2026 15:00
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
10 İyun 2026 14:06
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
ŞƏRH YAZ











