“Fastfood” yaddaş üçün ciddi təhlükədir

“Fastfood” və un məhsulları yemək yaddaşı zəiflədir”. Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb.
Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq “zibil” yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırmaq demək olar ki, mümkün olmayacaq.
“Fastfood” və un məmulatları yaddaşı zəiflədir. Bu, həmişəlikdir. Elm adamları hesab edirlər ki, yeniyetməlik dövründə “zibil” qidalardan - yağlı, şirin və nişastalı qidalardan istifadə etsəniz, yaddaşla bağlı problemləri aradan qaldırmaq demək olar ki, mümkün olmayacaq”, - deyə Pavlova bildirib. O, alimlərin gənc siçovullar üzərində təcrübə apardıqlarını və qeyri-sağlam qidalanma zamanı asetilkolinin azaldığını vurğulayıb. Bu maddə təhsil, təlim, diqqətin konsentrasiyasında iştirak edir və məlumatı kodlamağa kömək göstərir. Pavlovanın sözlərinə görə, düzgün, balanslaşdırılmış qidalanmaya sonrakı keçid yaddaş problemini həll edə bilməyib.
Həmçinin ABŞ-nin Cənubi Kaliforniya Universitetinin alimləri yağ və şəkərlə zəngin Qərb pəhrizinin gənc siçanlarda uzunmüddətli yaddaş pozğunluğuna səbəb olduğunu aşkar ediblər.
Mənbə: Oxu.az
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












