Fərid qarşılıqlı prosedur çərçivəsində qaytarılıb

Məlum olduğu kimi, dünən Facebook səhifələrində müəyyən xarici dairələr tərəfindən idarə olunan trol ordusunun anidən kütləvi paylaşımları ilə aktivləşməsi əksər sosial şəbəkə istifadəçilərinin və media qurumlarının diqqətindən qaçmayıb.
Belə ki, Fərid Səfərlinin vətənə qaytarıldığı barədə DTX və XİN-in birgə məlumatından sonra, mənbəyi bilinməyən və hər biri yeni yaradılmış çoxsaylı saxta profillər qeyd olunan xəbərin paylaşıldığı Facebook səhifələrini “eyni sözlər”dən ibarət şərhlərlə doldurmağa başladılar.
Şərhlərdə əsasən, “Fərid Səfərlinin casusluq etməsinə baxmayaraq, saxlanıldığı ölkədə ona xoş münasibət göstərildiyi, bununla belə layiq olmadığı halda Azərbaycana qaytarıldığı” bildirilir.
Avtosfer.az xəbər verir ki, Almaniyada tələbə olan, getdiyi İranda 2 il həbsdə saxlanılmış Fərid Səfərli əvəzsiz qaydada deyil, Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilməklə və Azərbaycanın öz vətəndaşına verdiyi yüksək dəyərdən irəli gələrək qaytarılıb. Azərbaycan dövlət orqanlarının rəsmi məlumatında deyildiyi kimi, qarşılıqlı prosedur çərçivəsində.
Odur ki, Azərbaycan mühitini tanımadan sosial şəbəkələrin Azərbaycan seqmentinə saysız trolları ilə ideoloji müdaxiləyə cəhd edən kəmfürsət yarımçıq texnoloqlar belə şərhləri ilə Azərbaycan xalqının gözündə nə qədər gülünc göründüklərini bilsələr yaxşıdır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












