Fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlandı

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası 2024-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb.
Avtosfer.az xəbər verir ki, gələn il yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-ə təsadüf edəcək. Bu zaman yaz gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir, həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.
Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i saat 00:50:56-da daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə) və ən qısa gecə (gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə) olur. Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 40 saniyə olacaq.
Gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 22-si saat 16:43:36-ya təsadüf edəcək. Bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınır, Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız fəsli, Cənub yarımkürəsində yaz fəsli başlayır. Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.
2023-cü ildə qış fəsli (Qış günəş duruşu) Azərbaycana dekabrın 21-i saat 13:20:30-da daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayır. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur. Fəslin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq.
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı








