FHN Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) SOCAR-a məxsus olan Suraxanı Neft Nəqletmə Sahəsinin 5 nömrəli Çənlər parkında yanğın-taktiki təlim keçirib. Təlim 3 nömrəli çağırışla “Çənlərdə neft və neft məhsullarının söndürülməsi” mövzusunda təşkil olunub.
Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimə DYMX-nin SOCAR-ın obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin və Neft Emalı Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin yanğından mühafizə qurumları, Bakının Suraxanı, Sabunçu, Nərimanov, Xətai Rayon Dövlət Yanğından Mühafizə hissələrinin müvafiq qüvvə və vasitələri cəlb olunub. Texniki heyətin və obyekt rəhbərliyinin fəaliyyətinin operativ əlaqələndirilməsinin təşkili, yanğın yerində kəşfiyyatın aparılması və yanğın vəziyyətinin qiymətləndirilməsi, şəxsi heyətin texniki təhlükəsizlik qaydalarına riayət etməsi təlimin əsas məqsədlərindən olub.
Yanğın-taktiki təlim zamanı obyektdə imitasiya olunmuş yanğının söndürülməsi ilə bağlı bütün zəruri tədbirlər görülüb, qarşıya qoyulan məqsədlərə nail olunub.
Sonda şəxsi heyətin yaranmış şəraiti düzgün dəyərləndirmək, həlledici istiqamətləri təyin etmək bacarığı qiymətləndirilib, peşə hazırlığının təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib.


Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












