FHN-ə yeni xüsusi təyinatlı nəqliyyat vasitələri və avadanlıqlar verilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarına Amerika Birləşmiş Ştatlarının Müdafiə Departamentinin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi tərəfindən xüsusi təyinatlı nəqliyyat vasitələri verilib.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, texnikaların təqdimatı ilə bağlı keçirilən görüşdə Nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Mülki müdafiə qoşunlarının komandanı general-leytenant İlham Abdullayev və digər məsul şəxslər, Amerika Birləşmiş Ştatlarının Müdafiə Departamentinin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin Bakı ofisinin rəisi mayor Natalya Frolova və ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin əlaqələndiricisi Günay Bayramova iştirak edib.
ABŞ Müdafiə Departamentinin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi tərəfindən FHN-in Mülki müdafiə qoşunlarına iki ədəd “Ford F-250” markalı xüsusi təyinatlı nəqliyyat vasitəsi, dekontaminasiya avadanlıqları və həmin avadanlıqları daşımaq üçün nəzərdə tutulmuş qoşqular verilib.
Sözügedən nəqliyyat vasitələri və avadanlıqlar “Kütləvi qırğın silahlarının yayılmaması” üzrə Təhlükəsizliyə dair Əməkdaşlıq Proqramı çərçivəsində təqdim edilib.
Görüşdə Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin Bakı ofisinin rəisi mayor Natalya Frolova verilmiş nəqliyyat vasitələri və xüsusi avadanlıqların texniki xüsusiyyətləri barədə ətraflı məlumat verib.


Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












