Banner

FHN: Yaşayış binasında yanğın zamanı mənzillərdən 9-u uşaq olmaqla 32 nəfər xilas olunub

Xəbərlər 18 İyul 2022 21:23 Oxunub 1376
FHN: Yaşayış binasında yanğın zamanı mənzillərdən 9-u uşaq olmaqla 32 nəfər xilas olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı binanın 2-ci mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 60 p.m yanıb.

 

Bu barədə Avtosfer.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

 

Yanğınsöndürənlərin çevikliyi sayəsində tüstülənmiş mənzillərdən 9-u uşaq olmaqla 32 nəfər xilas olunub və mənzillər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh